Almaniyanın mərkəzi və cənubuna uzun müddətə yağan leysan yağışlar sel yaranmasına səbəb olub.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, xilasetmə xidməti ən yüksək hazırlıq vəziyyətinə gətirilib.
BÖavariyanın Passau şəhəri ilə üç çay axır.Onların səviyyəsi 7,6 metrə qalxıb. Mulde çayının daşması nəticəsində Saksoniyanın Qrimm şəhərini su basıb.
Ölkeənin elmi-mərkəzlərindən biri olan Heydelberq şəhərində də suyun səviyyəsi qalxıb. Leysan yağışlardan yalnız şəhərə deyil, kənd təsərrüfatı bölgələrinə də ziyan dəyib.
Metereoloqlar bildirib ki, son 50 ildə Almaniyada belə irimiqyaslı təbii fəlakət görünməyib.