Almaniyada qarşıdurma: 400 nəfər saxlanıldı
02 iyun 2013 00:21 (UTC +04:00)

Almaniyada qarşıdurma: 400 nəfər saxlanıldı

İyunun birində Almaniyanın Frankfurt şəhərində 20 minə yaxın anti-kapitalist və antiqlobalistin etiraz aksiyası keçirilib. Onlar Almaniya və Avropa Birliyinin sosoial-iqtisadi siyasətinə,eləcə də mühacirlərin haqqının tapdanması və onların ayrı-seçkiliyə məruz qalmasına qarşı şüarlar söyləyiblər.

 

Lent.az-ın «haqqin.az»-a istinadən məlumatına görə,polis dinc nümayişi darmadağın edib.

 

Aksiya yerində baş verənlərlə bağlı polis zorakılığına dair fotoları da diqqətinizə çatdırırıq.

 

Tanınmış jurnalist Eynulla Fətullayev Frankfurtdan bunları bildirib : «Xüsusi təyinatlılar və polis nümayişin dağıdılması əməliyyatına başlayıb. 400-dən çox  nümayişçi tutulub. Xüsusi təyinatlılar əlinə keçəni həbs edir. Onlar zor tətbiq etməklə yanaşı, rezin güllə də atırlar. Frakfrurtda vəziyyət gərginləşir».

 

Nümayiş keçirilən yerə yaxın binalardan isə sakinlər mitinqçilərin üstünə su və ərzaq tullayıb.

 

E.Fətullayev baş verənlərlə bağlı alman deputat Ulrix Vinkendən müsahibə götürüb.

 

«Almaniya hakimiyyəti demokratik normalara tüpürmək belə istəmir. Burada baş verənlər Almaniyanın nüfuzuna zərbədir. Polis faktik olaraq, 20 min nəfəri həbs edib»-deyə, deputat bildirib.

 

E.Fətullayevin bildirdiyinə əsasən, mitinqçilər mühasirdə saxlanılıb.

 

Polis Gessen torpağından olan deputat Vili fon Oenanı da saxlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 911

Oxşar yazılar