Almaniya KİV bildirib ki, ölkənin cənub-şərqində, Passau şəhərində XVI əsrdən bəri belə sel müşahidə edilməyib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, şəhər əhalisi qayıqlarla köçürülüb. Bölgəyə iki aylıq yağıntını normasında yağış yağıb.
Qonşu Çexiyanın hakimiyyəti bildirib ki, su anbarındakı təzyiqi azaltmaq üçün nəhəng su kütləsini ölkə paytaxtına sarı buraxıblar. Yanğınsöndürənlər və hərbçilər Praqanı sel müdafiə etməyə çalışır. Məlumata əsasən, indiyə kimi Çexiyada 7 nəfər təbii fəlakət nəticəsində həlak olub