Alman deputat: “BMT qətnamələri icra olunmasa, sülh danışıqlarının əsası yoxdur”
05 iyun 2013 13:28 (UTC +04:00)

Alman deputat: “BMT qətnamələri icra olunmasa, sülh danışıqlarının əsası yoxdur”

“Almaniya BMT qətnamələrini dəstəkləyir.


 

BMT Təhlükəsizlik Şurası dəfələrlə Ermənistana Dağlıq Qarabağdan çıxması üçün  çağırışlar edib. Bu çağırışa Avropa İttifaqı və ATƏT də qoşulub”. APA-nın məlumatına görə, bu fikirləri Almaniya Bundestaqında Xristian-Demokrat İttifaqından olan millət vəkili, İctimai Məsələlər üzrə Komitənin daimi üzvü doktor Piter Tauber (Peter Tauber) Dağlıq Qarabağ münaqişəsinə dair Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavab olaraq deyib.

 

Deputat bildirib ki, bir milyon qaçqın hələ də öz ev-eşiyinə qayıda bilmir: “Azərbaycan əhalisinin ümumi sayının 9 milyon olduğunu nəzərə alsaq, bu böyük rəqəmdir. Qaçqınların öz torpaqlarına qayıtması onların haqqıdır. İşğal altında olan bu ərazilər Azərbaycanın bir hissəsidir. Öz ərazi bütövlüyünü bərpa etməkdə Azərbaycanın rolunu tanımaq və onun səylərinə qoşulmaq əlaqəli şəkildə həyata keçirilməlidir. Xocalı aeroportunun yenidən açılmasına dair debatların davam etdiyi bir zamanda işğal edilmiş ərazilərdəki münaqişə hər an alovlana bilər. Bu, Azərbaycana qarşı böyük təxribatdır.

 

Gərginliyi azaltmaq üçün birinci addımı Ermənistan atmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmazsa, o zaman sülh danışıqlarının əsası yoxdur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 895

Oxşar yazılar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

Kipr Sülh Əməliyyatının 51-ci ili - Tarixi fotolar

21 iyul 2025 , 06:16
Avtobus uçuruma yuvarlandı - 14 ölü

Avtobus uçuruma yuvarlandı - 14 ölü

21 iyul 2025 , 03:31
Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

21 iyul 2025 , 02:21
Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15