İranın Kirman əyalətində alkoqoldan 4 nəfər həyatını itirib, 300-dən çox sakin zəhərlənərək, tibbi yardım alıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda məlumatı «Frans press» yayıb.
«Zəhərlənənlərdən 9 komadadır»-deyə, əyalət tibbi xidmətin təmsilçisi Həmid Nəcməddin bildirib. Onun sözlərinə əsasən, zəhərlənən kişilərin yaş həddi 27-dir.