ABŞ-ın Aydaho ştatında anadan olmuş Oskar Ramiro Orteqa-Ernandes 2011-ci ilin noyabrında Vaşinqtonda Ağ evə atəş açdığını etiraf edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, prokurorun ona qarşı irəli sürdüyü 19 ittihamdan 2-ni boynuna alıb. Prokurorda «prezident Barak Obamaya qarşı sui-qəsd» kimi ağır ittihamlarını geri götürüb. Bununla belə müttəhimi 27 il azadlıqdan məhrum edilmə cəzası gözləyir.
Orteqa-Ernandes Ağ evə yarıavtomat silahla hərəkətdə olan avtomobildən atəş açıb. Zərərçəkən olmayıb. Həmin vaxt prezident Obama və xanımı Mişel binada olmasa da onların ailəsi Ağ evdə olub.
Prokuror bildirib ki, müttəhim Obamanı «antxrist» adlandıraraq, yaxın bir neçə ayda onu öldürməklə hədələyib.
2014-cü ilin yanvarında hökmün elan olunacağı gözlənilir.