Afinada milliyyətçi «Qızıl Şəfəq» Partiyasının iki üzvü güllənib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, olay partiyanın qərargahı qarşısında baş verib. Mənbə bildirib ki, motoskletlə naməlum iki nəfər partiyanın ofisi qarşısında atəş açıb. Nəticədə «Qızıl Şəfəq»-in daha iki gənc üzvü yaralanıb.
Partiyadan olan deputat İlias Kasidiaris baş verən hadisədə Yunanıstan hakimiyyətini suçlandırıb.
«Qızıl Şəfəq» Partiyası daha çox faşist çıxışları ilə yadda qalıb. Bu il sentyabrın 18-də yunan antifaşist musiqiçi Pavlov Fisaası qətlə yetirdikdən sonra bu siyasi qurum diqqət özünə daha çox cəlb edib.
Onu da xatırladaq ki, «Qızıl Şəfəq»-çilər Yunanıstandakı türklərə və mühacirlərə qarşı da sərt tədbirlər görülməsini bildirirlər.