Ada uğrunda  Çin- Yaponiya qarşıdurması davam edir
23 fevral 2013 02:54 (UTC +04:00)

Ada uğrunda  Çin- Yaponiya qarşıdurması davam edir

Çin Xarici İşlər Nazirliyi Yaponiyanın baş naziri Sindzо Abenin «Pekin dərinləşmiş tələbatını qonşulara qarşı ərazi məsələsini qızışdırmaqla həll etmək istəyir» - bəyanatına etiraz edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bir müddət öncə, baş nazir «Washington Post» qəzetinə müsahibəsində bildirmişdi ki, Çin hakimiyyəti ölkə vətəndaşları arasında güclü dəstək qazanmaq üçün Yaponiya və başqa qonşu dövlətlərlə mübahisəli ərazi məsələsindən yararlanır.

 

Hazırda Yaponiyana hökumət başçısı Vaşinqtonda səfərdədir.

 

Son zamanlar Cənubi –Çin dənizindəki yaponların «Syonkaku», Çin isə «Dyuoyuudao» adlandırdığı ada ilə bağlı vəziyyət daha da kəskinləşib. Bu ada hazırda Tokionun nəzarəti altındadır, ancaq Pekin onu «tarixi torpağı» sayaraq, öz ərazisi olduğunu iddia edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 540
avatar

Oxşar yazılar