ABŞ mücahidləriin köçürülməsinə bir milyon ayırıb
26 oktyabr 2013 04:10 (UTC +04:00)

ABŞ mücahidləriin köçürülməsinə bir milyon ayırıb

ABŞ İran Xalq Mücahidləri Təşkilatının (İXMT) üzvlərinin İran və İraqdan üçüncü bir ölkəyə köçürülməsi üçün bir milyon dollar vəsait ayırıb.

 

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, rəsmi Vaşinqton bu addımı BMT baş katibi Pan Gi Munun oktyabrın 24-də İXMT üzvlərinə xaricdə yeni bir sığınacaq tapmaq üçün məsələ ilə bağlı fond yaratmaq niyyətində olduqlarını açıqlamasından bir gün sonra atıb. ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf oktyabrın 25-də jurnalistlərə açıqlamasında bildirib ki, rəsmi Vaşinqton “Əşrəf” düşərgəsinin sakinlərinin köçürülməsinin onların rifahı və təhlükəsizliyinin təmin edilməsi üçün uyğun yol olduğuna inanır.

 

Qeyd edək ki, BMT sentyabrın 1-də “Əşrəf” düşərgəsində baş vermiş toqquşmalar nəticəsində ən azı 47 nəfər öldüyünü açıqlayıb. İraq hüquq-mühafizə orqanları isə 19 nəfərin öldüyünü, 52 nəfərin yaralandığını, 38 nəfərin həbs olunduğunu bildirib. Həkimlər toqquşmalarda iki polisin öldüyü, üç nəfərin yaralandığı barədə məlumat yayıblar. İran Xalq Mücahidləri Təşkilatı isə düşərgədəki dinc sakinlərə hücuma görə İraq təhlükəsizlik qüvvələrini ittiham edib və düşərgədə məskunlaşan qurum üzvlərindən 52 nəfərinin öldüyünü bildirib. “Əşrəf” düşərgəsi Bağdaddan 60 kilometr şimalda yerləşir. Düşərgədə məskunlaşan iranlı müxaliflərin böyük əksəriyyəti 2012-ci ildə Bağdad yaxınlığındakı ABŞ hərbi bazasının ərazisinə köçürülüb, 100-dək müxalif isə düşərgənin bağlanmasına etiraz edərək özlərinə məxsus əmlakı qorumaq üçün “Əşrəf”də qalıb. Ancaq İraq baş vermiş son toqquşmadan sonra İXMT-nin qalan 42 üzvünün də düşərgədən çıxarıldığını bildirib. Belə ki, sentyabrın 20-də yerli vaxtla gecə saat 22:00-da İraq Silahlı Qüvvələri ərazini xalq mücahidlərindən təmizləyərək düşərgəyə daxil olub.

 

Xatırladaq ki, İran hakimiyyətinin ən böyük müxalif qruplarından sayılan İran Xalq Mücahidlər Təşkilatı İranda şahlıq dövründə, 1960-cı illərin sonunda yaradılıb, 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra İran Xalq Mücahidlər Təşkilatının minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib. Avropa Birliyi və Böyük Britaniya İran Xalq Mücahidlər Təşkilatının adını 2008-ci ildə, ABŞ isə 2012-ci ildə terrorçu təşkilatlar siyahısından çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 991
avatar

Oxşar yazılar