ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edib. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda Ağ ev bildirib ki, yeni yasaqların tətbiqi Tehranın nüvə silahı əldə etməsinin qarşısının alınmasına yönəlib.
Sanksiyaya İranın maliyyə institutlarına, eləcə də İslam Respublikasının rialı ilə valyuta hesabı açanlar düşəcək.
Yeni qadağalar İranın avtomobil sənayesi - minik, yük maşınları, avtobuslar, motosklet, yük istehsalı ilə bağlı müəssisələrə də tətbiq ediləcək.
Bildirişə əsasən, Azərbaycanın «Şah dəniz» yatağından Avropa və Türkiyəyə təbii qaz kəmərin tikntisində iştirak edəcək İranın maliyyə institutlarına şamil edilməyəcək.