ABŞ hakimiyyəti İordaniyada keçiriləcək hərbi təlimdə iştirak etmək üçün krallığa «Patriot» və «F-16» qırıcı təyyarələri göndərəcək.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Amerika ordusunun podpolkovniki Ti Ci Teylor deyib ki, təlimlərdən sonra bu ölkənin müdafiə qabiliyyətini gücləndirmək məqsədi ilə silah və hərbi texnikanın bir hissəsi İordaniyada qalacaq.
Amerikalı hərbçinin sözəlinqə görə, silahlar İordaniyaya Suriyadan ehtimal olunan təhlükədən müdafiə olunmaq üçün göndərilir.
Mənbənin xatırlamasına əsasən, bu il martın 22-də İordaniya kralı II Abdulla ABŞ prezidenti Barak Obamadan «Patriot»un ölkəsində yerləşdirilməsini xahiş etmişdi.