ABŞ-ın Səhiyyə və ictimai xidmətlər departamentinin ərzaq və dərmanlar idarəsi Ermənistan pendirinin idxalına qadağa qoyub.
APA-nın “Kavkaz Online” saytına istinadən verdiyi məlumata görə, qadağa Ermənistanın “Lori” və “Melaniyanın qızları” pendirlərinə tətbiq olunub.
“Lori” pendirində "Coli", “Melaninin qızları” növündə isə "E.Coli" bağırsaq çöpləri aşkarlanıb.
Ümumillikdə ABŞ-a 28 ölkədən 100-dək pendir növünün idxalına qadağa qoyulub.