ABŞ tanınmamış Cənubi Osetiya Respublikası sərhəd nişanı kimi qoyulan tikanlı məftilləri müxtəlif sahələrdə 22-25 kilometr önə çəkilməsindən rahatsızlığını bildirib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Dövlət Departamentinin sözçüsü Cen Psaki keçirdiyi brifinqdə bildirib ki, bu addım beynəlxalq qanunvericiliyə ziddir.
«Gürcüstandakı avropalı müşahidəçilər sərhədlərin tikanlı məftillərlə hüdudlandığını təsdiqləyib»-deyə o, Gürcüstanın beynəlxalq çərçivədə ərazi bütövlüyü və suverenliyini tanıdıqlarını bildirib.
Xatırladaq ki, Gürcüstan xarici işlər naziri bildirib ki, Cənubi Osetiyadakı Rusiya əsgərlərin sərhəd çəpərini müxtəlif istiqamətlərdə Gürcüstanın dərinliklərinə doğru 22-25 kilometr önə çəkən zaman 40 ailə zərər çəkib. Bu dəqiqələrdə Mayya Pancikidze Tiflisdə akkreditə olunmuş xarici ölkə diplomatları ilə görüş keçirib.