Pentaqon hərbi bazalarında yoxlamaya başlayır
18 sentyabr 2013 06:47 (UTC +04:00)

Pentaqon hərbi bazalarında yoxlamaya başlayır

ABŞ-ın müdafiə naziri Çak Heygel bütün ölkələrdəki hərbi bazalarında təhlükəsizlik sistemini yoxlama niyyətindədir.

 

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda Pentaqonun mətbuat katibi Corc Littl açıqlama verib. Onun sözlərinə əsasən, yoxlama zamanı bazaya buraxılanlar, özəlliklə mülki şəxslərin buraxılışı qaydasına yenidən baxılacaq.

 

C.Littl deyib ki, hazırda «yoxlamanın parametrləri» müzakirə olunur.

 

 

Ağ Evin təmsilçisi Cey Karni də öz növbəsində bəyan edib ki, Barak Obama administrasiyası başqa müəssisələrdə çalışanlar və ya müqavilə əsasında işləyənlərin dövlət obyektlərinə buraxılması qaydalarına yenidən baxacaq.

 

O, ədliyyə naziri Erik Holder və Federal Təhqiqat Bürosu sentyabrın 18-də Vaşinqtonda Hərbi Dəniz Donanması komandanlıq mərkəzində baş vermiş ötən günki qanlı olayla bağlı prezidentə məruz edəcək.

 

Xatırladaq ki, sentyabrın 16-da mərkəzə açılan atəş nəticəsində 13 nəfər həlak olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794
avatar

Oxşar yazılar