Bir müddətdir ki, ABŞ Suriyadakı rejimin kimyəvi silah, eləcə də zarin qazından istifadə etdiyi barədə müttəfiqlərinin verdikləri bəyanatlar ciddi saymır, təsdiqləyici əlavə dəlillər tələb edirdi.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Ağ ev bildirib ki, Dəməşqdəki rejim müxalifətə qarşı kimyəvi silah, o cümlədən zarin tətbiq edib.
ABŞ hakimiyyəti qeyd edib ki, bu fəaliyyəti nəticəsində rejimin təxminən 150 hərbçisi həlak olub.
Ağ ev qeyd edib ki, müxalifətin kimyəvi silahdan istifadəsini təsdiqləyən dəlil-sübut yoxdur.