Dünya okeanında suyun səviyyəsi qalxdığından 2100-cü ildə ABŞ-ın 1,4 mindən artıq şəhərinin su altında qalacağı riski var.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda ABŞ-ın «PNAS» elmi jurnalı məqalə verilib.
Dərgi «Climate Central» müstəqil təşkilatının araşdırıcısı Benjamin Strausa istinad edib.
Həmin araşdırmaya əsasən, Dünya okeanın səviyyəsi 127 sm qalxacaq. Jurnalda su altında qalacaq şəhərlərin və bu təbiət hadisəsinin baş verəcək tarix də göstərilib.
Öz araşdırmasında Straus diqqəti Florida və Luizianaya yönəldib. Onun qənaətincə, bu şəhərlərin əhalisi su səviyyəsinin qalxmasından daha çox əziyyət çəkəcək. Floridanın 2,7 milyon əhalisi 150 şəhəri, Luiziananın isə 114 şəhəri, 1, 2 milyon əhalisi böyük təhlükə ilə üzləşə bilər.
Su altında qalacaq ştatların arasında Kaliforniya, Nyu-Cersi, Şimali Karolina və başqalarının adları göstərilib.