ABŞ-ın Maliyyə Nazirliyi postsovet mafiyasının üzvlərinə qarşı sanksiya tətbiqini genişləndirir.
Lent.az-ın «İTAR-TASS» -a istinadən məlumatına görə, oktyabrın 30-da nazirlik «Qardaşlar çevrəsi» («Bratskiy kruq») adlı Avroasiya cinayətkar sindikatından Artur Badalyan, Qriqori Lepsveridze, Vadim Lyalin, Serqey Moskalenko, Əkov Rıbalsk və İqor Şlıkov «qara siyahıya» düşüblər.
ABŞ maliyyə qurumunun məlumatında bildirilib ki, Lyalin və Şlıkovda Rusiya pasportları var. Moskvalenko Özbəkistan, Rıbalsk İsrail vətəndaşlarının pasportunu gəzdirir. Badalyan və Lepsveridzenin vətəndaşlığı göstərilməsi də sonuncunun Soçidə doğulduğu bildirilib. Bundan başqa onun bütün göstəriciləri Rusiyanın tanınmış artisti, bəstəkarı və prodüseri Qriqorii Lepsanınkı ilə üst-üstə düşür. Lepsveridzenin Tailanda olduğu deyilir.
Mənbə bildirib ki, 2011-ci ildə ABŞ prezidenti Barak Obama «Qardaşların çevrəsini» «Mütəşəkkil Cinayətkar Qrupa» daxil edib və Maliyyə Nazirliyinə bu cinayətkar quruma arşı tədbir görməyi tapşırıb.
Adları «qara siyahıya» salınanların ABŞ-daı bank hesabları dondurulacaq, onların ştatlara səfəri yasaqlanacaq, habelə ABŞ vətəndaşlarına onlarla istənilən işgüzar əlaqə qadağan ediləcək.