ABŞ-dan 5 ölkənin 37 şirkətinə sanksiya
05 iyun 2013 01:46 (UTC +04:00)

ABŞ-dan 5 ölkənin 37 şirkətinə sanksiya

ABŞ-ın Maliyyə Nazirliyi 5 ölkədən 37 şirkətinə İran hakimiyyətinin maraqlarını təmin etdikləri üçün sanksiya tətbiq edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ABŞ təsdiqləyib ki, Almaniya, Birləşmiş Ərəbi Əmirliyi (Dubay), Xorvatiya , Cənubi Afrika Respublikası və İrandan olan şirkətlər beynəlxalq sanksiyalardan yayınmaqda Tehran hakimiyyətinə köməklik göstərib.

 Bunlar  İmam Xomeyni İcraiyyə Komitəsi (The Execution of Imam Khomeinis Order (EIKO) International Financial Network) və ona daxil olan 37 törəmə şirkətdir. Bu şirkətlər investisiya, ticarət, sığorta və bank sektorunda fəaliyyət göstərir. Onların arasında “Amin Investment” kimi tanınmış bank da var. Bundan əlavə həmin şirkətlərdən bəziləri bir sıra xarici ölkələrdə qeydə alındığı bildirilir. Bunlar "MCS Engineering", "MCS International GMBH" (Almaniya), "Cylinder system L.T.D." (Xorvatiya), "One Vision Investment 5" (CAR) və “Golden resources trading company L.L.C.”-dir (BƏƏ).

Vaşinqtonun bu qərarı ilə amerikalı vətəndaşlara və şirkətlərə həmin müəssisələrlə işgüzar əlaqə qurmaq yasaqlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664
avatar

Oxşar yazılar