Prezident Abdulla Güllə görüşdən sonra Kamal Qılıcdaroğlu informasiya vasitələrinə bunları söyləyib: «Son günlərdə yaşanan acı olaylar bağlı Cənab prezidentlə görüşdüm. Qayğılarımı söylədim. Oradakı insanın tələblərini dilə gətirdik. Bu tələblərin deyilməsinin demokratlar üçün son dərəcə təbii olduğunu bildirdim. Baş nazirin (Rəcəb Taip Ərdoğanı nəzərdə tutur-red.) ifadələrinin olayı gərginləşdirdiyini Cənab prezidentin diqqətinə çatdırdım. Bu məsələdə onun da üzərinə məsuliyyət düşdüyünü bildirdim».
Polisin güc tətbiq etdiyini vurğulayan, Qılıcdaroğlu baş nazir Ərdoğanın «50 faiz səslə hərəkət edirəm» ifadəsi ilə bağlı deyib: «Ancaq məsuliyyətsiz baş nazir belə açıqlama edə bilər».
Qılıcdaroğlu Ərdoğanın «üzr istəməsini» vacibliyini söyləyib.
CXP lideri etiraz aksiyaları zamanı xalqın malına ziyan vurulmasını da qınayıb.
***
20.36
İstanbulda «Taksim» meydanı ilə bağlı etiraz çıxışları ölkədə müəyyən gərginlik yaradıb.
Bu baxımdan müxalifətin fəaliyyəti daha çox diqqət mərkəzindədir.
Lent.az-ın «CNNtürk» -ə istinadən məlumatına görə ana müxalifətin, Cümhuriyyəti Xalq Partiyasının (CXP) lideri Kamal Qılıcdaroğlu ölkə prezidenti Abdulla Gülün qəbulunda olub.
Məsələ ilə bağlı CXP-dən yayılan açıqlamaya əsasən, partiyanın mətbuat katibi Tuncay Ceylan prezidentin mətbuat xidmətinin rəhbəri Koray Ərtaşla telefon danışığı aparıb və ona bildirib ki, K.Qılıcdaroğlu prezidentlə görüşmək istəyir.
Abdulla Gül onu qəbul edib. İlkin məlumata əsasən tərəflər ölkədə baş verən olaylardan danışıblar.
Başqa bir məlumata görə Türkiyə Birjalar Birliyi başqanı Mətin Feyzoğlu da prezident Abdulla Gülə məktubla müraciət edərək, son günlər ölkədə baş verən izinsiz nümayişlərə Təhlükəsizlik qüvvələrinin müdaxiləsini ələşdirib. O, məktubunda nümayişlərə polisin sərt müdaxiləsini pisləyərək, onların cəzalandırılmasını istəyib. Feyzoğlu Taksimdə Gəzintin parkında başlayana olayların «nəzarətdən çıxdığını» vurğulayaraq, təhlükəsizlik qüvvələrini etirazçılara qarşı sərt davranışda suçlayıb.