Avropa Birliyi (AB) İranın nüvə proqramını genişləndirməsindən narahatdır.
APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bu barədə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəliyindən açıqlama verilib.
Xəbərdə bildirilir ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq etmir: “İran nüvə fəaliyyətlərini irəlilədib və agentliklə kifayət qədər əməkdaşlıq etmir. Eyni zamanda nüvə proqramı ilə bağlı yaranmış bəzi suallara aydınlıq gətirmir”.