[b]Azərbaycan bayrağının rəngləri İstanbul boğazında bərq vurur[/b]
29 may 2017 03:19 (UTC +04:00)

[b]Azərbaycan bayrağının rəngləri İstanbul boğazında bərq vurur[/b]

0

Mayın 28-də Ankara vaxtı ilə saat 20.35-dən etibarən Azərbaycanın dövlət bayrağının rəngləri Fatih Sultan Mehmet körpüsündən İstanbul boğazına şölə saçmağa başlayıb.

 

Lent.az-ın “azərtac”-a istinadən xəbərinə görə, rənglər ardıcıl olaraq dörd fərqli kompozisiya üzrə dəyişir.

 

Qeyd edək ki, bu nadir bayram təbriki Azərbaycanın İstanbul şəhərindəki baş konsulluğunun təşəbbüsü, İstanbul valiliyi və Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 381

Oxşar yazılar