«Timoşenkonun prezidentliyə namizəd olmaq haqqı var»
25 oktyabr 2013 02:49 (UTC +04:00)

«Timoşenkonun prezidentliyə namizəd olmaq haqqı var»

2015-ci ildə Ukraynada prezident seçkisinin keçiriləcəyi gözlənilir. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ABŞ Dövlət Departamentinin demokratiya, insan haqları və əmək bürosu rəhbərinin müavini Tomas Meliya bildirib ki, keçmiş baş nazir, hazırda məhbus Yuliya Timoşenkonun həmin siyasi kampaniyaya namizəd kimi qatılmaq haqqı var.

 

«Onun siyasi haqlarının istənilən şəkildə məhdudlaşması üçün biz səbəb görmürük. Ukraynada keçiriləcək bütün seçkilərdə Timoşenkonun namizəd və ya seçici kimi iştirakı üçün heç bir mane olmamalıdır» -deyə, o, Timoşenkonun prezident seçkisində namizəd kimi iştirakının mümkünlüyü haqda sualı cavablandırarkən deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545

Oxşar yazılar