«Suriyanın dostları» İran hakimiyyətinə və islam adı altında fəaliyyət göstərən silahlı qruplara Suriya ərazisini tərk etməyi və bölgədə sabitliyi pozmaqdan lə çəkməyi istəyib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, «Suriya dostlar»-ının imzaladığı kommünikedə bildirilib: «Biz ekstremizm və ekstremist qrupların fəaliyyətində rahatsızlığımız bölüşürük. İran, «Hizbullah» qruplaşması, eləcə də xarici ölkələrin yaraqlılarının öz qüvvələrini Suriyadan çıxarmağa çağırırıq. Bu sayaq mövcudluq Suriyanın ərazi bütövlüyünü, habelə bölgədə və beynəlxalq aləmdə təhlükəsizliyi təhdid edir».
Xatırladaq ki, 11 dövlətin xarici işlər nazirləri oktyabrın 22-də Londonda görüşərək, Cenevrə konfransına hazırlıq məsələsini müzakirə edib.