«Suriyada kimyəvi silahların ləğvi istiqamətində irəliləyiş olsa da, bu ölkədəki böhranın həlli üçün yetərli deyil».
Lent.az-ın «İTAR -TASS»-a istinadən məlumatına görə, ABŞ-ın dövlət katibi Con Kerri «Suriyanın dostları» qrupunun toplantısının yekununun dəyərləndirərkən belə deyib.
«Bu savaş döyüş meydanın başa çatmayacaq. Yalnız danışıqlarda əldə edilən razılıqlar bu savaşa son qoyacaq»-deyə, amerikalı diplomat vurğulayıb.
O, əminliklə bildirib ki, «tərəflər savaşmaqdadır», ancaq bu silahlı qarşıdurma Suriya «dövlətinin mövcudluğuna son qoya bilər».
Kerrinin sözlərinə əsasən, Suriya müxalifəti «Cenevrə konfransı başlayanadək Əsədin getməsini demir», bununla belə müxalifət bildirib ki, danışıqlar «onun istefasına tuşlanmalıdır».
«Ancaq açıq-aydın görünür ki, Əsədin başqa planları var. Biz bunu başa düşürük»- deyə, dövlət katibi bildirib.
«Suriya dostlarının» konfransında ABŞ, Almaniya, Britaniya, Fransa, Türkiyə, Misir, Səudiyyə Ərəbistanı, İtaliya, Qətər, Birləşmiş Ərəb Əmirliyi, İordaniyanın xarici işlər nazirləri və Suriya Mili Şurasının başçısı Əhməd əl-Cərbə iştirak edib.