BMT-nin təmsilçisi Martin Nesirki bildirib ki, BMT sülhməramlılarının mandatı İsraillə Suriyanı ayıran bölgəyə, Holan yüksəkliyinə Rusiya hərbçilərinin göndərilməsinə icazə vermir.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Suriya ilə İsrail arasında əldə edilmiş razılaşmaya əsasən, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlər bu missiyaya daxil ola bilməz.
Rusiya prezidenti deyib ki, əgər BMT-nin razılıq verərsə, bölgə dövlətlərinin maraqınca olarsa, o zaman RF Holan təpələrində Avstriyadan olan sülhməramlıları əvəz etməyə hazırdır.