«İranın yeni prezidenti Həsən Ruhaninin ABŞ-la dialoq yaratmaq maraqlarından Vaşinqton yararlanmaq niyyətindədir».
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, ABŞ prezidenti Barak Obama ispan dilli «Telemundo» telekanalına müsahibəsində belə deyib.
«Ruhaninin Qərb və ABŞ-la danışıqlara cəhd etdiyi görünür. Əvvəllər bu olmayıb. Ona görə də biz bu imkanı yoxlamalıyıq, Hazırda diplomatiya üçün əlverişli şərait var. Ümid edirəm ki, iranlılar bundan istifadə edəcək.
İranlılar yaxşı bilir ki, ABŞ üçün İranın atom proqramı Suriyanın kimyəvi silahı tətbiqindən daha vacibdir. Nüvə silahlanması bölgədəki sabitliyi inanılmaz dərəcədə pozar».