«Müsəlman qardaşlarının» 9 naziri istefa verib
04 iyul 2013 22:04 (UTC +04:00)

«Müsəlman qardaşlarının» 9 naziri istefa verib

Misir hökumətində «Müsəlman qardaşları»nın siyasi qanadı, Azadlı və Ədalət Partiyasını təmsil edən 9 nazir istefa verib. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, onlar prezident Məhəmməd Mursinin hakimiyyətdən kənarlaşdırılmasına etiraz olaraq, bu addımı atıblar.

 

Partiyanın məsələ ilə bağlı bəyanatında bildirilib ki, gənclərlə iş, investisiya, təchizat, yerli idarəetmə, əmək, nəqliyyat, informasiya, təhsil, planlaşdırma və  beynəlxalq əməkdaşlıq üzrə nazirləri hökuməti tərk edib.

 

Hazırda ölkəyə Misir Ana Yasa məhkəməsinin sədri Ədl Mənsur başçılıq edir. Yaxın saatlarda onun yeni hökuməti formalaşdıracağı gözlənilir. 

# 518
avatar

Oxşar yazılar