Misir məhkəmə kollegiyası sentyabrın 2-də «Müsəlman qardaşları» hərəkatının buraxılması haqda zəmanətini açıqlayıb. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu hərəkat Qeyri-Höukmət Təşkilatı kimi qeydə alınıb.
Kollgeiyanın zəmanəti məcburi xarakter daşımır.
Hərəkatın buraxılması ilə bağlı ilk məhkəmə dinləməsi cari il noyabrın 12-ə planlaşdırılıb.
Xatırladaq ki, bu təşkilat 1928-ci ildə yaranıb. 1954-cü ildə Misirdə hərbçilər hakimiyyətə gəldikdən sonra onlar gizli fəaliyyətə keçib. O,vaxtdan ta 201-ci ildə Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən etiraz çıxışları keçiriləndə «Müsəlman qardaşları» gizli fəaliyyət göstərib.