«Kreml «Transxəzər qaz kəmərindən» rahatsızdır»
01 iyun 2013 07:47 (UTC +04:00)

«Kreml «Transxəzər qaz kəmərindən» rahatsızdır»

Kreml Rusiya Avropa Birliyi (AB) sammitində ikitərəfli enerji danışıqlarına dair həll olunmayan bəzi məsələləri qaldırmaq niyyətindədir.

 

Lent.az-ın «interfaks» -a istinadən məlumatına görə,bu haqda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.

 

« «Üçüncü enerjipaketi»nin tətbiqi ilə Rusiya şirkətlərinə qarşı düşünülmüş antinhisar ayrı-seçkiliyi, Avropa komissiyasının «Qazprom»la bağlı araşdırması davam etməkdədir. Xəzəryanı dövlətlərin iştirak olmadan Brüsselin «Transxəzər qaz kəməri» planı rahatsızlıq yaradır»-deyə,Uşakov söyləyib.

 

Qeyd edək ki, Rusiya-AB sammiti iyunun 3-4-də Yekatrinburqda keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 808
avatar

Oxşar yazılar