«Kimyəvi silahı Əsəd tətbiq edib, vəssalam»
19 sentyabr 2013 06:49 (UTC +04:00)

«Kimyəvi silahı Əsəd tətbiq edib, vəssalam»

«Müxalifətin Suriyada kimyəvi silahdan istifadə etməsi ilə bağlı Vaşinqton etibarlı məlumata malik deyil»-deyə, ABŞ Dövlət Departamentinin təmsilçisi Meri Harf sentyabrın 18-də keçirdiyi brifinqdə bildirib.

 

Lent.az-ın «intrefaks»-a istinadən məlumatına görə, o, əlavə edib ki, 36 dövlət ABŞ-ı dəstəkləyir. Onlar avqustun 21-də Suriyada kimyəvi silahı rejim başçısı Bəşar Əsədin tətbiq etdiyi qənaətindədir.

 

«ABŞ şübhə etmir ki, kimyəvi silahı müxalifət deyil, hakimiyyət tətbiq edib.Bu məsələdən şübhələnməyə yeri yoxdur, vəssalam»- deyə, amerikalı diplomat vurğulayıb.

 



Xatırladaq ki, Rusiya tərəfi hələ də kimyəvi silahı Suriya müxalifətinin tətbiq etdiyini iddia edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1173
avatar

Oxşar yazılar