Sentyabrın 30-da ABŞ prezidenti Barak Obama Vaşinqtonda İsrailin baş naziri Benyamin Netaniyahunu qəbul edib.
Lent.az-ın «Rİa Novosti»-yə istinadən məlumatına görə, Obama bildirib ki, İranın nüvə proqramı ilə bağlı heç bir fəaliyyət, o cümlədən hərbi əməliyyatların keçirilməsi istisna edilməyəcək.
Onun sözlərinə əsasən, İranın nüvə silahı əldə etməməsi ilə bağlı ABŞ və İsrailin mövqeyi birdir: «Mən heç bir variantın istisna etmirəm. Biz İranın atom bombası əldə etməməsində razılığa gəlmişik».