«Hizbullah»ın hərbi qanadının Avropa Birliyiinin (AB) «terrorçu qurumlar» siyahısına daxil edilməsi ilə bağlı Britaniyanın birliyə müraciət etdiyinə dair xəbər yayılıb.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, avropalı bir diplomat «Röyter»ə bu haqda xəbər sızdırıb.
Diplomatın sözlərinə əsasən, fevralın 5-də «Hizbullah»ın terror hücumu ilə bağlı Bolqarıstan hakimiyyəti tərəfindən açıqlamasından sonra İngiltərə bu təklifi irgli sürüb.
Xatırladaq ki, keçən iyulunda Bolqarıstanın Burqas şəhərində İsraildən olan turist avtobusunun partladılması nəticəsində 5 israilli həlak olmuşdu.
İsrail və Bolqarıstan hakimiyyətləri bəyan edib ki, bu terror aksiyasını «Bəşar Əsədin yardımı ilə «Hizbullah» törədib.