Livandakı «Hizbullah»ın lideri Həsən Nəsrulla bildirib: «Əgər Suriya ABŞ və İsrailin əli ilə yıxılsa, o zaman İsrail Livana girəcək, Fələstin isə itiriləcək».
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, Nəsrula deyib ki, Suriya «Müqavimətin» arxa cəbhəsidir və əgər onu «məhv etmək istəsələr», «müqavimət Suriyaya yardım edəcək».
«İsrailə qarşı üzərimizə düşən müqavimət öhdəliyini davam etdirəcəyik. Bizi hədə və ya aşağılamaq sındıra bilməz. Xalqın əlindəki silahda İsrail uduzdu. Biz xalqın əlindən silahın alınmasına icazə verməyəcəyik» - deyə, o, İsrail hərbçilərinin Livanın Cənubundan çıxmasının 13-cü ildönümünə həsr olunmuş tədbirdə bildirib.
Xatırladaq ki, ABŞ dövlət departamentinin təmsilçisi Patrik Ventrell deyib: «Suriya münaqişəsi asanlıqla qonşu Livanın ərazisinə keçə bilər. Livanın Tripoli və digər şəhərlərində baş verən icmalararası münaqişələr bunu təsdiq edir.ABŞ Livandakı vəziyyətdən çox narahatdır. Tripoli şəhərində 23 nəfərik ölümü ilə nəticələnmiş son qarşıdurmalar Suriyanın Livanın sabitlik və təhlükəsizliyi üçün təhlükə olduğunu təsdiqləyib».
Ventrell Suriyadakı münaqişədə «Hizbullah» hərəkatının seçimini tənqid edib: «Hizbullah liderlərinin münaqişəni qızışdırmaları Livanın vəziyyətini mürəkkəbləşdirir. Livan xalqın istəyinin əleyhinə olaraq münaqişəyə cəlb oluna bilər».