Bu gecə də «Gəzi» parkı ilə bağlı Türkiyənin çeşidli şəhərlərində etiraz aksiyaları keçirilib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, İzmirdə nümayişçilər polisə daş atıb, gizli müşahidə kameralarını sındırsalar da aksiyanın yüksək ovqatla başa vurublar.
Xatırladaq ki, baş nazirin müavini Bülənt Arınc polisin nümayişçilərə qarşı zorakılığına görə etiraz aksiyası iştirakçılarından üzr istəyib.