Gürcüstanda fəaliyyət göstərən “Vahid Milli Hərəkat” partiyasından ölkə prezidentliyinə namizəd irəli sürülüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu namizəd Gürcüstan parlamentinin sabiq sədri, hazırda partiyanın lideri David Bakradzedir. Məlumata görə, David Bakradze praymeriz nəticələrinə görə, rəqibləri olan parlamentin deputatlarından Giorqi Baramidze, Şota Malaşxiya və Zurab Abaşidzeyə qalib gəlib və prezidentliyə namizəd olub. Jurnalistlərə açıqlamasında D.Bakradze bu ilin oktyabr ayının 27-də keçiriləcək seçkilərdə qələbədə çox şanslı olacağını bildirib.
Qeyd edək ki, praymerizdə qalib olan kimi D.Bakradze “Gürcü Arzusu”ndan Gürcüstan prezidentliyinə namizəd göstərilən Georgi Marqvelaşvilini təkbətək debata çağırıb.