Britaniyanı “Müqəddəs İuda” qasırğası vurub.
APA-nın verdiyi məlumata görə, qasırğa ilə bağlı Böyük Britaniyanın cənub-şərqində, Kent qraflığında yerləşən atom elektrik stansiyasının fəaliyyəti dayandırılıb.
Qasırğanın AES-ə ziyan vurub-vurmadığı hələ açıqlanmayıb. Qasırğa elektrik xətlərini qırıb, 220 min evin elektrik enerjisi təchizatından məhrum olub. Artıq 2 nəfərin həyatını itirdiyi də rəsmən təsdiqlənib. Ölkədə qatarların hərəkəti qismən dayandırılıb. “Xitrou” aeroportunda ən azı 130 aviareys təxirə salınıb.