ABŞ-ın xüsusi təyinatlı qüvvələri Əfqanıstanın Vardak əyalətindəki Nırx hərbi bazasını Əfqanıstan silahlı qüvvələrinə təhvil verib.
Xatırladaq ki, bunu bir müddət öncə ölkə prezident Həmid Karzay tələb etmişdi.
Karzay ABŞ-ı yerli qüvvələrə işgəncə verməkdə və insanların yoxa çıxması da daxil olmaqla insan haqlarını pozmaqda günahlandırıb.
ABŞ rəsmiləri ittihamları rədd edir. Dövlət katibi Con Kerri isə iki ölkə arasında problemin olmadığını da vurğulayıb.