Şimon Peresin prezidentlik müddəti 2014-cü ilin iyulunda başa çatır.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, «Mako» saytı onun daha bir müddət İsrailə prezidentlik edəcəyi haqda xəbər yayıb.
Mənbənin məlumatına əsasən, iki müxtəlif partiyanın təmsilçiləri bildirib ki, Şimon Peresin prezidentliyə yenidən namizədliyini irəli sürməsi qanunvericilikdə dəyişiklik olunmasının mümkünlüyü barədə onun ofisindən onlara müraciət edilib.
İsrail Ana Yasasına görə, prezident parlament tərəfindən, gizli səsvermə yolu ilə seçilir. Prezidentliyi namizəd səslərin mütləq çoxluğunu qazanmalıdır.
Hazırda prezidentliyə Binyamin Ben-Eliezer və Reuven Rivlin də iddia edir. «Likud» və «Avod» partiyalarının xüsusi namizədləri yoxdur.
90 yaşlı Şimon Peresin isə həm ölkədə, həm xaricidə nüfuzu hələ də güclüdür.
Prezident aparatı isə «Peresin adından» yenidən prezident olması üçün qanunda dəyişikliyin edilməsi haqda müraciəti etmədiyini bildirib.