40 min turist kurort şəhərindən çıxa bilmir
18 sentyabr 2013 07:17 (UTC +04:00)

40 min turist kurort şəhərindən çıxa bilmir

Son 3 gündə «Migel» qasırğasının Meksikaya gətirdiyi leysan yağışlar ucbatından 40 minə yaxın turist ölkənin  Akapulko kurort şəhərindən çıxa bilmir.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, təbii fəlakət nəticəsində hava limanı elektrik enerjisisiz qalıb., kurortun yollarını su basıb.

 

Sentyabrın 16-da isə «İnqrid» tufanı Meksikanın şərq sahillərində də fəlakət yaradıb.

 

Meksikadakı təbii kataklizm  nəticəsində onlarla insan həlak olub. Onların çoxu Akapulko kurort şəhərində həyatını itirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1330
avatar

Oxşar yazılar