Britaniyanın baş naziri Devid Kemeron «təhlükəli xarici cinayətkarları» ölkədən deportasiya etmək üçün Avropa insan haqları üzrə konvensiyadan çıxa biləcəklərini deyib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda «Deyli teleqraf» qəzeti xəbər yayıb.
«Baş nazir kimi bilmək istəyirəm, mən ölkəmizin təhlükəsizliyini qoruya bilərəm? Məsələn, ölkəmizi hədələyənlərin buradan çıxarmaq haqqımı var. Fikrimcə, bizə bunları etmək lazımdır. Bunları etmək üçün qarşıdan gələn 20 ayda bunu öz proqram sənədimizə daxil etməliyik» -deyə, Britaniyanın lideri bildirib.
Kemeron bəyan edib ki, 2015-ci ildə seçiləcək mühafizəkar hökumətin deportasiya ilə bağlı qaydaları sərtləşdirməyi yeganə yolu budur.
«Heç kim şübhələnməsin, əgər seçkidə mənim başçılığımla bütövlükdə Konservativ Partiya hökuməti təşkil edərsə, onda bizim həyatımızı təhdid edənləri ölkədən daha tez çıxarmaq imkanımız olacaq» - deyə, Kemeron əlavə edib.