200 minə yaxın Moldova vətəndaşına Rusiyaya ərazisinə girmək yasaqlanıb.
Lent.az-ın «pravda.ru»-ya istinadən məlumatına görə, Rusiya Federal Miqrasiya Xidməti bildirib ki, bu qadağanın tətbiqinə səbəb onların Miqrasiya haqqında qanunu pozmasıdır.
Söhbət Rusiyaya işləmək üçün gələnlərdən gedir. Mənbə bildirib ki, onlar lazım olan sənədləri hazırlamayıb və miqrasiya qeydiyyatında durmayıb, habelə Rusiyada icazə verilən müddətdən artıq qalıb.