Dünya Bankı Ukraynaya 530 milyon dollar əlavə maliyyə yardımı ayrılmasını təsdiqləyib.
Lent.az-ın xəbərinə görə, bu barədə qurumun vitse-prezidenti Anna Byerde Tvitter hesabında məlumat verib.
Byerdenin sözlərinə görə, ayrılmış vəsait sosial müavinətlərin ödənilməsi, təhsil və səhiyyə xərcləri üçün nəzərdə tutulub.