Sağsağan onu bəsləyən it kimi hürməyə başladı  - VİDEO
17 iyun 2021 08:36 (UTC +04:00)

Sağsağan onu bəsləyən it kimi hürməyə başladı - VİDEO

Molli adlı sağsağan staffbull cinsindən olan it tərəfindən bəslənildikdən sonra elə özü də it kimi hürməyə başlayıb.

Lent.az “Daily Mail”ə istinadən xəbər verir ki, Peqqi quşun yeni anası olub.

Sağsağan yerdə tərk edilmiş vəziyyətdə tapılıb,o, Avstraliyanın Kvinslend ştatında yaşayan Peqqinin sahibləri tərəfindən himayəyə götürülüb. Vaxt keçdikcə heyvanlar dost olublar.

Staffordşir bulteryeri hətta quş üçün süd də verib. Artıq Molli iti təqlid etməyə də başlayıb. Ancaq sahibləri əvvəlcə hürənin Peqqi olduğunu düşünürdülər.

 

# 1686
avatar

Oxşar yazılar