Kareliyanın Şeltozero kəndində kişilərin giləmeyvə üçün meşələrə getməsi səbəbindən səfərbərlik mümkün olmayıb.
Lent.az bildirir ki, bu barədə “Baza” öz Telegram kanalında məlumat yayıb.
Sentyabrın sonunda çağırış vərəqələrinin paylanması başlayanda yerli administrasiya çağırışçılara zəng vurmağa və sosial şəbəkələr vasitəsilə xəbərdar etməyə, çağırış komissiyasına gəlməyi tələb etməyə başlayıb, lakin məlum olub ki, kişilər meşələrə getdilər.
Nəşrin yazdığına görə, kəndin administrasiyası bunu zoğal yığımı mövsümü ilə əlaqələndirir. Rəsmilər iddia edir ki, məhz bu vaxt yerli sakinlər giləmeyvə üçün evlərini tərk edirlər. Ancaq kişilərin hazırda harada olduğunu bilinmir.
Kareliyalı fəalların sözlərinə görə, Rıbreka kəndindən bəzi çağırışçılar da meşəyə qaçıblar və orada yalnız bir neçə nəfər səfərbərliyə cəlb oluna bilib.