Rusiya Federasiyası və Belarus 2026-2032-ci illərdə Olimpiya Oyunlarının yayımlanacağı 49 Avropa ərazisi siyahısına daxil edilməyib.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2026-2032-ci illərdə Olimpiya Oyunlarının yayımı ilə bağlı Avropada bütün media hüquqlarının Avropa Yayım Birliyi (EBU) və “Warner Bros” (WBD) şirkətinə verildiyini açıqlayıb.
Fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq idman federasiyalarına müraciət edib və onlara Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib. Həmçinin xarici idmançıların iştirakı ilə keçirilən bir çox yarışlar Rusiyadan köçürülüb.