Amerika Ornitologiya Cəmiyyəti (AOS) quldarlıq və irqçiliklə əlaqəli olan insanların şərəfinə adlandırılan 70-80 növ quşun adının dəyişdirilməsi prosesinə başlamaq qərarına gəlib.
Lent.az xəbər verir ki, AOS-un direktoru Cudit Skarl öz məqaləsində bu barədə yazır: “1800-cü illərdə işlənib hazırlanan, irqçilik və qadınsevməzliklə əhvalı pozan adqoyma təcrübəsi bu gün qəbuledilməzdir. Bu prosesi dəyişmək və quşların üzərində fikri cəmləşdirməyin vaxtı çatıb”.
Yeri gəlmişkən, İsveçdə “irqçi adları” olan quşların adlarının dəyişdirilməsi prosesi hələ 2015-ci ildə başlayıb. Bu iş çərçivəsində təhqiredici qəbul edilə bilən, qara vürok və qaraçı quşu kimi irqi mənsubiyyətlə assosiasiya edilən quş növlərinin adı kənarlaşdırılıb. Məsələn, hazırda hind ardıc quşu tuya ardıc quşu, qara alacəhrələr isə niqritlər adlandırılıb.
Hazırda İsveçin Ornitologiya Assosiasiyası (Birdlife) kiminsə şərəfinə adlandırılan quşların adının dəyişdirilməsi üzrə işlər aparır. Söhbət yüzlərlə növdən gedir. Gələn ilin əvvəlində assosiasiya quşların adlarının yenilənmiş siyahısını dərc edəcək.
“Biz bu adların quşun harada məskunlaşmasından, zahiri görünüşündən və hansı quş olmasından xəbər verməsinə üstünlük veririk”, - deyə “Birdlife” assosiasiyasının sədri Erlinq Yirle qeyd edib.
Hazırda İsveçdə xüsusi adlarla olan quşlar yuva qurmur. Bununla yanaşı, hərdənbir bir neçə quş növünə - amerikalı ornitoloq Aleksandr Uilsonun şərəfinə adlandırılan Uilson cüllütünə, İspaniya şahzadəsi İzabellanın şərəfinə adlandırılan İzabella alaçöhrəsi kimi növlərə burada rast gəlmək mümkündür.
İsveç Ornitologiya Assosiasiyasının gördüyü iş dünyanın bütün quşlarının icmalının bir hissəsidir. Məqsəd bütün quşlara İsveç adları verməkdir.