Qəribə hadisə Fransanın cənubunda baş verib.
Lent.az xəbər verir ki, təqaüdçü ər-arvad meşədə gəzməyə gedən zaman arvad ərindən ayrı qayıtmaq istəyib. Ər razılaşsa da, meşənin kənarında arvadını 1 saata yaxın gözləyib və xəbər çıxmadığı üçün polisə məlumat verib. Gecə boyu 3 saatlıq axtarışdan sonra qadını polis itinin köməyi ilə tapmaq mümkün olub. O sağ olsa da, kəskin soyuğa görə halı pisləşib.
Polis qadından meşəyə tək və telefonsuz getməməsi barədə iltizam alıb.