Uzun müddətdir kraliyyət ailəsinin gəlini Meqan Markl jurnalistlərin tənqid hədəfinə çevrilib. Onun haqqında yazılan məqalələrdə “Meqanı yalnız şahzadə Harrinin pulları maraqlandırırdı” şəklində cümlələr yer alır.
Lent.az-ın xəbərinə görə, ekspert Tom Bauer əmindir ki, Meqan Marklın şahzadə Harri ilə evlənməsinə səbəb nüfuz sahibi olmaq və böyük pulların varisinə çevrilmək arzusuydu.
“41 yaşlı Meqan evləndikdən sonra Harrinin pulunun az olduğunu öyrənəndə məyus oldu. Meqan şəxsi təyyarələrində, “Kadillak”larda gəzmək, milyardalrın varisi olmaq istəyirdi.”,- deyə o “Meqanın intiqamı: Harri və Vindzorların müharibəsi” adlı kitabında yazıb.
Yazılanlara baxmqayaraq, Harri və Meqan son 2 ildə ailə büdcələrinə 88 milyon dollar daxil edə biliblər. Harri Londondan Nyu-Yorka köçəndən sonra ona ailə mirasından yalnız anasından qalmış 20 milyon dollar verildi
Bütün deyilənlərə baxmayaraq, Meqan və Harrinin III Karlın tacqoyma mərasimində iştirak edəcəyi bildirilir.