Əfqanıstan Mərkəzi Bankının 10 milyard dolları “Taliban”a qaldı?
18 avqust 2021 13:25 (UTC +04:00)

Əfqanıstan Mərkəzi Bankının 10 milyard dolları “Taliban”a qaldı?

ABŞ-ın geri çəkilməsi ilə Əfqanıstanda Talibanın nəzarətində olan Mərkəzi Bankın rezervlərinin taleyi maraq doğurur.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Əfqanıstan Mərkəzi Bankının təxminən 10 milyard dollarlıq ehtiyatının çoxuna sahib olan ABŞ, onu dondurmağa qərar verib.

Həmçinin “Əfqanıstan dövlətinin mərkəzi bankının ABŞ-dakı rezervləri “Taliban”a verilməyəcək” – deyə ABŞ administrasiyasının sözçüsü açıqlama verib.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, aprelin sonunda mərkəzi bankın ümumi rezervləri 9.5 milyard dollara bərabər olub.

Sevinc Fərid

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3084
avatar

Oxşar yazılar