İranın Əhvaz şəhəri dünyanın ən isti nöqtəsi seçilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, NASA peykdən çəkilmiş görüntülər yayaraq İranın Əhvaz şəhərini 46,5 dərəcə hərarətlə dünyanın ən isti şəhəri olduğunu açıqlayıb.
NASA-nın məlumatına görə, 2022-ci ilin yayında baş verən istilər dünyada rekorda imza atıb.
Peyk görüntülərinə görə, İranın Əhvaz şəhərindən sonra, 42,2 dərəcə hərarətlə İspaniyanın Sevilya və 37,6 dərəcə selsi ilə Çinin Şanxay şəhəri dünyanın ən isti şəhərləri kimi müəyyən ediliblər.